Peşəkar memar komandamız müasir memarlıq trendlərini və texniki normaları birləşdirərək yaşayış, ictimai və kommersiya layihələri üçün yaradıcı və funksional həllər təqdim edir. Hər bir layihədə məqsədimiz həm estetik baxımdan cəlbedici, həm də istifadə baxımından rahat məkanlar formalaşdırmaqdır. Müştərinin ehtiyaclarını, ərazinin xüsusiyyətlərini və tikinti tələblərini nəzərə alaraq, hər layihəyə fərdi yanaşma tətbiq edirik.
Xidmətlərimiz
- Memarlıq eskiz və işçi layihələrinin hazırlanması: Layihənin ilkin konsepsiyasından son mərhələsinə qədər kompleks memarlıq xidmətləri göstəririk.
- Yaşayış binaları: fərdi evlər, villalar, çoxmərtəbəli yaşayış kompleksləri
- İctimai binalar: ofislər, ticarət mərkəzləri, təhsil və səhiyyə müəssisələri
- İstirahət və turizm obyektləri: otellər, kottec kompleksləri və digər istirahət məkanları
- Baş planlaşdırma: parklar, yaşayış kompleksləri və ictimai məkanlar
- Bərpa işlərinin həlli: Tarixi və mədəni dəyərə malik binaların orijinal üslubunu qoruyaraq, onları müasir funksional tələblərə uyğun şəkildə bərpa edirik.