ARCHITE KONST LLC

Zəfər parkı , Xankəndi

LAYİHƏ MƏLUMATLARI
KONSEPT : Park, Təbiət
ÜNVAN : Xankəndi, Azərbaycan
Paylaş :

Xankəndi şəhəri Zəfər parkı

Zəfər Parkı Azərbaycan xalqının qəhrəmanlığını özündə əks etdirir və Vətən müharibəsi iştirakçılarına dərin hörmət və ehtiramı tərənnüm edir. Park 8.7 hektar ərazini əhatə edir.

Memarlıq və Dizayn

Parkın mərkəzində qələbəmizin rəmzi olan Zəfər Tağı ucaldılmışdır ki, bu da zəfər yolunu simvolizə edir. Meydançadan Zəfər tağına qədər 44 rəmzi pilləkən layihələndirilməsi, həmçinin, tikilinin hündürlüyünün 44 metrə çatması 44 günlük müharibəni əks etdirir. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək. Bununla yanaşı , ziyarətçilər üçün Zəfər tağının terrasında əraziyə baxış zonası ,10 -cu mərtəbəsində isə muzey layihələndirilmişdir. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqları planlaşdırılıb

  • Geniş Yaşıl Zonalar : Parkın relyefi yaşıllıq, ağaclar, gül kollarından ibarət zəngin landşaft dizaynı ilə yenidən qurulur. Mövcud ağaclar qorunmaqla yanaşı, əlavə olaraq yüzlərlə yeni ağac və dekorativ kol əkilməsi nəzərdə tutulur.
  • Fəvvarələr və Dincəlmə Guşələri :Girişdəki fəvvarə parkın atmosferinə təravət gətirir. Piyada yolları, skamyalar və kölgəliklər sakinlərə dincəlmək üçün rahat şərait yaradır.
  • Funksional Planlaşdırma : Mənzillər fərqli ailə ehtiyaclarına cavab vermək üçün düşünülmüş, geniş və funksional planlaşdırması ilə seçilir.

Xatirə və Memorial Zolaq :

Parka girişdə və Zəfər Tağına aparan yolda xüsusi xatirə zolağı yaradılmışdır.

Memorial Pilləkənlər:

Hündür pilləkənlər boyunca Vətən Müharibəsinin əsas tarixi günləri və ya Qələbəyə gedən mühüm mərhələləri əks etdirən memorial lövhələr yerləşdirilib. Bu, ziyarətçilərə Qələbənin gərginliyini və əhəmiyyətini dərindən hiss etməyə imkan verən bir xatirə yürüşü yaradır.

24 dekabr 2025-ci il tarixində İlham Əliyev və xanımı, Mehriban Əliyeva-nın iştirakı ilə Xankəndi şəhərində inşa olunmuş Zəfər Parkının açılış mərasimi keçirilmişdir.

Açılış tədbirində dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak etmişlər. Mərasim çərçivəsində park ərazisində yaradılmış infrastruktur, abadlıq və yaşıllaşdırma işləri ilə tanışlıq olmuş, layihə barədə ətraflı məlumat verilmişdir.

Zəfər Parkının istifadəyə verilməsi ölkəmizin tarixi Qələbəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunun təbliği və şəhərin sosial-mədəni həyatının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu layihədə yer almaq bizim üçün böyük qürur və məsuliyyət hissidir. Belə əhəmiyyətli bir təşəbbüsün icrasında iştirak etmək kollektivimizin peşəkarlığının və əməyinin yüksək qiymətləndirilməsinin bariz nümunəsidir.

Əlaqə məlumatları
Ünvanımız

Azərbaycan, Bakı, Füzuli küç. 49, SKS Plaza

UP