ARCHITE KONST LLC

Gəncə Qarnizon Hərbi Hospital

LAYİHƏ MƏLUMATLARI
KONSEPT : Hospital
ÜNVAN : Gəncə, Azərbaycan
Paylaş :

500 çarpayılı Gəncə Qarnizon Hərbi Hospital

500 çarpayılı Gəncə Qarnizon Hərbi Hospitalının memarlıq layihəsi, yüksək funksionallıq və kompleks tibb xidmətlərinin inteqrasiyası prinsipləri əsasında hazırlanmış, hərbi və tibbi standartların sintezini əks etdirən müasir bir layihədir. Tikinti prosesi zamanı həm yerli iqlim və urbanistik kontekst nəzərə alınmış, həmdə beynəlxalq səhiyyə infrastruktur normaları rəhbər tutulmuşdur.

Memarlıq və Dizayn

Bu layihə hərbi və tibbi funksionallığın sintezini təqdim edir. Binaların memarlığı minimalizmmodernizm üslubunda, ağ, qəhvəyi və şüşə elementləri ilə hazırlanmışdır .Düz xətlər və dairəvi giriş hissələrinin (hospital2.webp) ahəngi ilə qurulan dizayn, səhiyyə müəssisəsinə xas etibarlılıq və ciddi görünüş verir.

500 çarpayılıq bu kompleks yüksək səviyyəli tibbi xidmətlər üçün tam təchiz olunub. Layihə tibbi bloklarla yanaşı, helikopter meydançası, geniş avtoparkinq və ətrafı yaşıllıqla əhatə olunmuş reabilitasiya zonalarını əhatə edir. Bu infrastruktur həm adi, həm də təcili tibbi hallarda yüksək effektivliyi təmin edir, beynəlxalq standartlara uyğun, kompleks səhiyyə mərkəzi yaradır.

Əlaqə məlumatları
Ünvanımız

Azərbaycan, Bakı, Füzuli küç. 49, SKS Plaza

UP