Direktor
Ravil Baybekov 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsini bitirmişdir. Yaşayış binaları üzrə diplom işi ilə 15 respublika arasında keçirilən müsabiqədə 2-ci yerə layiq görülmüşdür.
Peşəkar fəaliyyətinə Layihə İnstitutunda memar kimi başlamış, burada 8 il çalışmışdır. Daha sonra SModus, El & En kimi bir sıra yerli və özəl şirkətlərdə Baş memar vəzifəsində fəaliyyət göstərmişdir. Bu illər ərzində Qazaxıstan, Gürcüstan və Belarusiyada yerləşən Azərbaycan səfirliklərinin binaları, Gəncədə hərbi hospital və digər mühüm layihələrin müəllifi olmuşdur.
2013-cü ildə Rafael Ələsgərov ilə birlikdə RR Project şirkətini təsis etmişdir.Azərbaycan Respulikasının Dövlət Gömürük Komitəsinin sifarişi ilə “NUCHTECH PB2028TD Fixed Scanner’’rentgen qurğusu üçün bina layihəsi, Şıxov kottec kompleksi və çoxsaylı yaşayış binaları uğurla həyata keçirilmişdir.
18 dekabr 2017-ci il tarixində Azərbaycanda memarlığın inkişafına verdiyi töhfələrə görə Ravil Baybekov“Əməkdar memar” fəxri adına layiq görülmüşdür.Elə həmin il o, hazırda təsisçisi olduğu Archite Konst şirkətini qurmuşdur.
Memarlıq üslubunda müasir dizayn prinsipləri ilə milli memarlıq ənənələrini birləşdirən Ravil Baybekov, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda tanınan layihələrə imza atmışdır.
KOMANDAMIZ
Ravil Baybekov
Fəaliyyətində yalnız memarlıq dizaynı deyil, həm də layihələrin konsepsiyadan həyata keçirilməsinə qədər bütün mərhələlərdə peşəkar yanaşma nümayiş etdirərək, şəhər mühitinə dəyər qatmaq, insanların rahat və zövqlü məkanlarda yaşamasını təmin etmək şirkətin əsas hədəfidir. Şirkət, hər bir layihədə innovativ həllər, yüksək keyfiyyət standartları və müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edir.
HƏR DETALDA PEŞƏKARLIQ, HƏR LAYİHƏDƏ YENİLİK.
Archite Konst 2017-ci ildə tanınmış memar Ravil Baybekov tərəfindən təsis edilmiş peşəkar memarlıq şirkətidir. Fəaliyyətimiz boyunca ölkənin müxtəlif bölgələrində sosial, təhsil və yaşayış məqsədli mühüm layihələrə imza atmışıq. Portfoliomuzda Şəki, Sabirabad və Cəlilabad şəhərlərində məktəb layihələri, həmçinin memarlıq baxımından seçilən Çobanzadə yaşayış kompleksi kimi irimiqyaslı işlər mövcuddur.
Peşəkar yanaşma yalnız dizaynda deyil, sənədləşmə və hesabatlarda da özünü göstərir. Texniki hesabatlarımız – statik hesablamalar, material spesifikasiyaları, enerji səmərəliliyi analizləri və risk dəyərləndirmələri – layihənin düzgün və təhlükəsiz icrası üçün əsas baza rolunu oynayır. Müştəriyə və tərəfdaşlara şəffaf və anlaşılır sənədlərlə tam nəzarət və qərarvermə imkanı təqdim edirik. Hər hesabat məsuliyyətlə hazırlanır və beynəlxalq standartlara cavab verir.
Müəllif nəzarəti
Memarlıq
Konstruksiya
Dizayn
Mühəndislik
Hesabat
Archite Konst — memarlıq və dizayn sahəsində peşəkarlığı, dəqiqliyi və estetik baxışı ilə fərqlənən bir komandadır. Hər layihədə funksionallıqla incəliyi birləşdirərək, müasir standartlara cavab verən yüksək səviyyəli məkanlar yaradır.
Rafael Ələsgərov - Direktor, RRproject
Elbay Qasımzadə - Direktor, EL&EN
Chapman Taylor - Komanda rəyi
NÖVBƏTİ LAYİHƏLƏRİ MÜZAKİRƏ EDƏK?
Göz oxşayan dizayn həm funksional, həm də emosional olmalıdır. Estetika, texnika və rahatlığı birləşdirərək interyer və eksteryer üçün fərdiləşdirilmiş həllər yaradırıq. Hər detal harmoniyada olub məkanın xarakterini formalaşdırır.